Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.
Arena.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə qarşılaşıb.
Qarşılaşma Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə bitib. Azərbaycan çempionunun heyətində Abdullah Zubir dubla imza atıbsa, digər qolu Leandro Andrade vurub.
Qurban Qurbanov bu oyunda aşağıdakı heyətə güvənib:
Əsas heyət: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 18. Dani Bolt, 27. Toral Bayramov, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 20. Kadi Borges, 10. Abdullah Zubir, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 19. Mehdi Mütəllimli, 17. Rüstəm Əhmədzadə, 11. Emmanuel Addai, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 26. Amin Rzayev, 6. Həbib Qədimov.
Qeyd edək ki, “Qarabağ” bu gün eyni komanda ilə daha bir oyun keçirəcək.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzmuşdu – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələmişdilər.
Qeyd edək ki, “Qarabağ” yeni mövsümdə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Ağdam klubu bu turnirin 2-ci təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.


