“Komo” Nikolas-Qerrit Künlə gücləndi

“Komo” 25 yaşlı alman sağ cinah hücumçusu Nikolas Nikolas-Qerrit Künü “Seltik”dən tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Komo”nun mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid İtaliya klubuna 19 milyon avro məbləğ müqabilində başa gəlib.

Nikolas Nikolas-Qerrit Kün “Kleyn Heydorn”, “Vunştorf”, “Sankt-Pauli”, “Hannover” və “Leypsiq”in futbol məktəblərindən keçib. “Ayaks” və “Bayern”in ehtiyat komandalarında çıxış etmiş Kün ardınca “Ertsqebirqe”, “Rapid” və “Seltik”də oynayıb.

2024/2025-ci illər mövsümündə Kün “Seltik” üçün 51 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Nikolas-Qerrit Kün Almaniyanın U-15, U-16, U-17, U-18, U-19 və U-20 yığmalarına cəlb edilib, “bundestim”in əsas yığmasına isə hələ çağırış almayıb.

Künün qənimətlər muzeyində “Seltik”lə qazandığı Şotlandiya çempionluğu (2 dəfə), Şotlandiya Kuboku və Şotlandiya Liqa Kuboku var.

“Transfermarkt” internet-portalı 25 yaşlı alman sağ cinah hücumçusunun transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: