Əvəzedicilər Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın 2-ci komandası hazırlığını gündə bir dəfə olmaqla paytaxtda davam etdirir.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Baş məşqçi Zaur İsmayılov iyulun sonuna qədər olan müddətdə 3 yoxlama matçı keçirməyi planlaşdırır. Əvəzedicilər iyulun 19-da Premyer Liqanın debütantı “İmişli”, ertəsi gün “Şamaxı-2” ilə gücünü sınayacaq. “Qırmızı-ağlar”ın ikinci komandası növbəti matçını iyulun 26-da “Neftçi”nin ikinci komandasına qarşı keçirəcək.


