Junior Firpo yenidən “Betis”də

İngiltərənin “Lids Yunayted” komandasının sol cinah müdafiəçisi Junior Firpo bundan sonra sabiq klubu “Betis”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İspaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Dominikan Respublikasından olan 28 yaşlı müdafiəçi Junior Firpo köhnə-yeni klubu ilə 3 illik – müddəti 2028-ci ilin 30 iyununa kimi nəzərdə tutulmuş müqaviləyə imza atıb. ub. Futbolçu İspaniya komandasına azad agent kimi qoşulub.

Qeyd edək ki, Junior Firpo 2021-ci ildən “Lids”də çıxış edirdi. O, 2024/25 mövsümündə keçirdiyi 35 oyunda 4 qol vurub və 10 məhsuldar ötürmə verib. Firponun “Lids Yunayted” karyerası bütövlükdə 119 oyun, 6 qol və 22 assistdən ibarətdir.

Xatırladaq ki, Firpo peşəkar karyerasına məhz “Betis”də başlayıb. O, 2019-cu ildə məhz bu klubdan “Barselona”ya transfer olunub. Müdafiəçi vaxtilə “Betis”in əsas komandasında 43 oyun keçirib, 5 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Firpo vaxtilə İspaniyanın U-21 yığmasında çıxış etsə də, sonradan Dominikan Respublikası millisində oynamağa başlayıb. O, millidə 11 oyuna 4 qol və 4 assist müəllifi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: