Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” ÇL-in 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə mübarizə aparacaq. Təmsilçimizin bu oyunlar üçün açıqladığı iştirak ərizəsinə 24 futbolçunun adı daxil edilib. Onları sırasında klub akademiyasının üzvləri olan Amin Rzayev və Hikmət Cəbrayılzadə də var. Eləcə də yeni trasferlər Dani Bolt, Semi Mmaee, Pedro Bikalyo, Kris Kuakunun da adı siyahıya daxil edilib:
Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabian Buntiç;
Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Semi Mmae, 13. Bəhlul Mustafazadə, 26. Amin Rzayev;
Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15, Leandro Andrade, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə;
Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Xatırladaq ki, “Qarabağ”la İrlandiya təmsilçisi arasındakı ilk matç iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:45-də start veriləcək. Tərəflər arasında cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu görüşə də saat 20:00-da start veriləcək.


