Futbol üzrə İngiltərə millisinin və “Çelsi”nin sağ vingeri Noni Madueke bundan sonra “Arsenal”ın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Arsenal”ın rəsmi saytına istinadən xəbər verir.
London klubları arasındakı bu transfer 55,5 milyon avroya gerçəkləşib. 23 yaşlı vinger “Arsenal”la 5 illik (2030-cu ilin 30 iyununadək) müqaviləyə imza atıb.
Xatırladaq ki, Noni Madueke daha öncə “Kristal Pelas” və “Tottenhem” klublarının futbol akademiyalarında oynayıb. O, 2018-ci ildən PSV-də çıxış etməyə başlayıb. “Çelsi” Maduekeni 2023-cü ilin yayında 35 milyon avro müqabilində heyətinə qatmışdı.
Noni “zadəganlar”ın əsas komandasında bütövlükdə 92 oyuna çıxıb, 20 qol və 9 məhsuldar ötürmə müəllifi olub.
İngiltərənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış futbolçu, 2024-cü ilin sentyabrında əsas millidə debüt edib. O, millidə 7 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.



