Leverkuzen “Bayer”i Braziliya nəhəngi “Flamenqo”nun gənclərdən ibarət komandası (U-20) ilə yoldaşlıq oyunu keçirib.
Arena.az məlumat verir ki, oyun “Urubu”nun “əczaçılar” üzərində 5:1 hesablı darmadağını ilə başa çatıb.
“Bayer”in baş məşqçisi, 55 yaşlı niderlandlı mütəxəssis Erik ten Haq “əczaçılar”ın gözlənilməz məğlubiyyətinə aydınlıq gətirib:
“Nəticə fəna görünür, amma mövsümöncəsi nəticələrə tüpürmək istərdim. Biz heç vaxt məğlub olmamalıyıq, amma mənim üçün, oyunçularımı itirməmək daha vacib idi”, deyə Ten Haq vurğulayıb.


