“Hamburq” 25 yaşlı komorlu mərkəz müdafiəçisi Varmed Omarini “Renn”dən icarə müqaviləsi əsasında heyətinə qatıb.
Arena.az bu barədə “Hamburq”un mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
Varmed Omari “Renn”in məzunudur. Futbolçu həmçinin Lion “Olimpik”ində icarədə olub.
Omari klub karyerası ərzində 124 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Varmed Omari 2024-cü ilin sentyabr ayında debüt etdiyi Komor adaları yığmasının heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.
“Transfermarkt” interner-portalı 25 yaşlı komorlu mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.



