PSJ 22 yaşlı ukraynalı mərkəz müdafiəçisi İlya Zabarnını “Bornmut”dan tamhüquqlu əsasda parislilərin düşərgəsinə qatıb.
Arena.az bu barədə PSJ-nin mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 5 illik – müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid Fransa nəhəginə 63 milyon avro məbləğ müqabilində başa gəlib.
İlya Zabarnı Kiyev “Dinamo”sunun məzunudur. Futbolçu həmçinin “Bornmut” üçün çıxış edib.
Geridə qalmış mövsümdə Zabarnı “Bornmut” üçün 39 oyuna 1 məhsuldar ötürmə ilə fərqlənib.
İlya Zabarnı 2020-ci ilin oktyabr aynıda debüt etdiyi Ukrayna yığmasının heyətində 49 oyun keçirib, 3 qol vurub.
“Transfermarkt” internet-portalı 22 yaşlı ukraynalı mərkəz müdafiəçisinin transfer dəyərini 42 milyon avro məbləğində qiymətləndirir.


