ÇL: “Fənərbağça” “Feyenoord” səddini darmadağınla keçdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026 mövsümünün 3-cü təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Arena.az xəbər verir ki, pley-offa vəsiqələrin sahibləri eyni gündə müəyyənləşib.

Azərbaycan çempionu “Qarabağ”ın pley-off mərhələsində potensial rəqibləri olan “Ludoqorets”lə “Ferentsvaroş”un Macarıstanda baş tutmuş cavab görüşündə meydan sahibləri 3 cavabsız qola seviniblər. Nəticədə bu komanda Ağdam klubuna rəqib olub.

Günün digər maraqlı görüşü isə Türkiyədə olub. Səfərdə “Feyenoord”a məğlub olmuş “Fənərbağça” doğma meydanda böyük hesabla qələbə qazanaraq ÇL-in pley-off mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin cavab oyunları
12 avqust

Qarabağ (Azərbaycan) – Şkendiya (Şimali Makedoniya) 5:1 (ilk oyun 1:0)
Kopenhagen (Danimarka) – Malmö (İsveç) 5:0 (0:0)
Fənərbağça (Türkiyə) – Feyenoord (Niderland) 5:2 (1:2)
Pafos (Kipr) – Dinamo (Kiyev, Ukrayna) 2:0 (1:0)
Viktoriya (Plzen, Çexiya) – Reyncers (Şotlandiya) 2:1 (0:3)
Brügge (Belçika) – Zalsburq (Avstriya) 3:2 (1:0)
Ferentsvaroş (Macarıstan) – Ludoqorets (Bolqarıstan) 3:0 (0:0)
Benfika (Portuqaliya) – Nitsa (Fransa) 2:0 (2:0)
Srvena Zvezda (Serbiya) – Lex (Polşa) 1:1 (3:1)
Slovan (Slovakiya) – Kayrat (Qazaxıstan) 0:1, penaltilər 3:4 (1:0)

Xəbəri sosial şəbəkələrdə paylaş: