Şotlandiya millisinin və “Mozervel”in mərkəz yarımmüdafiəçisi Lennon Miller bundan sonra “Udineze”nin uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.
A Seriyası təmsilçisi bu transfer üçün 5,5 milyon avrosundan keçib. 18 yaşlı şotland futbolçu yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.
Lennon Miller “Mozervel”in öz yetirməsidir. O, doğma klubunun əsas komandasında bütövlükdə 76 oyun keçirib, 5 qol və 11 məhsuldar ötürmə müəllifi olub.
Lennon Şotlandiyanın U-16, U-17, U-19 və U-21 yığmalarında oynadıqdan sonra bu il əsas millidə debüt edib. Yarımmüdafiəçi Şotlandiya millisinin heyətində keçirdiyi 2 oyunda 1 assistlə yadda qalıb.
“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.



