Nordi Mukiele PSJ-ni tərk etdi – “Sanderlend”ə görə

Fransa çempionu PSJ-nin sağ cinah müdafiəçisi Nordi Mukiele bundan sonra “Sanderlend”in uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

“Sanderlend” 27 yaşlı oyunçunun transferi üçün PSJ-yə 12 milyon avro ödəyib. Sağ cinah müdafiəçisi yeni klubu ilə 4 illik (2029-cu ilin 30 iyununadək) müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsümün yekununda “Sanderlend” Çempionşipdən Premyer Liqaya yüksəlib.

Nordi Mukiele 2022-ci ilin yayında “Leypsiq”dən PSJ-yə keçmişdi. Paris klubunun heyətində o, bütün turnirlərdə 45 oyun keçirib, 4 qol ötürməsi ilə yadda qalıb. Müdafiəçi ötən mövsümü icarə əsasında “Bayer”də keçirib.

“Paris” və “Laval” klublarının yetirməsi olan Mukiele karyerası ərzində “Monpelye” və “Leypsiq”in də uğurları üçün çalışıb. Fransanın U-18, U-19, U-20 və U-21 yığmalarına da oynamış müdafiəçi əsas millidə cəmi 1 oyun keçirib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: