Andi Diuf 20 milyon avroya “İnter”də!

Futbol üzrə Fransa yığmasının və “Lans” klubunun mərkəz yarımmüdafiəçisi Andi Diuf bundan sonra “İnter”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Milan təmsilçisi bu transferi 20 milyon avroya rəsmiləşdirib. Əslən Seneqaldan olan 22 yaşlı fransalı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Andi Diuf Fransa nəhəngi PSJ-nin yetirməsidir. 2018-ci ildə “Renn”ə keçən futbolçu 2023-cü ildə 5,5 milyon avro müqabilində “Bazel”ə üz tutub. Elə həmin ildə “Lans” Diufu 14 milyon avro ödəməklə heyətinə qatıb. Fransalı futbolçu “Lans”da 68 oyun keçirib, 2 qol və 2 assistlə yadda qalıb.

Fransanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış Andi 2024-cü ildə əsas millidə debüt edib. 22 yaşlı futbolçu Fransa yığmasında 2 oyun keçirib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: