Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 2-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Turun açılış oyununda “Kremoneze” və “Sassuolo” komandaları qarşılaşıblar. Beş qolun qeydə alındığı oyunda meydan sahibləri çətin qələbəyə seviniblər.
Səfərdə “Leççe” ilə qarşılaşmış “Milan” isə turu inamlı qələbə ilə başa vurub.
2-ci turun qalan görüşləri avqustun 30-da və 31-də keçiriləcək.
İtaliya, A Seriyası
2-ci tur
29 avqust
Kremoneze – Sassuolo 3:2
Qollar: Terraçano, 37. F.Vaskes, 39. De Luka, 90+3-pen – Pinamonti, 63. Berardi, 73-pen.
Leççe – Milan 0:2
Qollar: Loftus-Çik, 66. Pulişiç, 86.
30 avqust
20:30. Bolonya – Komo
20:30. Parma – Atalanta
22:45. Napoli – Kalyari
22:45. Piza – Roma
31 avqust
20:30. Cenoa – Yuventus
20:30. Torino – Fiorentina
22:45. İnter – Udineze
22:45. Latsio – Verona


