A Seriyası: “Napoli” və “Roma” tək qolla qalib gəldilər

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 2-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd görüş baş tutub.

“Parma” – “Atalanta” matçında qalib müəyyənləşməyib. Tərəflər hərəy 1 qol və 1 xalla kifayətləniblər. “Bolonya” evdə “Komo”ya, “Napoli” isə “Kalyari”yə minimal hesabla qalib gəlib. “Piza”nın qonağı olan “Roma” da növbəti qələbəsini qazanıb.

2-ci turun qalan görüşləri avqustun 31-də keçiriləcək.

İtaliya, A Seriyası
2-ci tur

29 avqust

Kremoneze – Sassuolo 3:2
Qollar: Terraçano, 37. F.Vaskes, 39. De Luka, 90+3-pen – Pinamonti, 63. Berardi, 73-pen.

Leççe – Milan 0:2
Qollar: Loftus-Çik, 66. Pulişiç, 86.

30 avqust

Bolonya – Komo 1:0
Qol: Orsolini, 59.

Parma – Atalanta 1:1
Qol: Kutrone, 85 – Paşaliç, 79.

Napoli – Kalyari 1:0
Qol: Anqissa, 90+5.

Piza – Roma 0:1
Qol: Sule, 55.

31 avqust

20:30. Cenoa – Yuventus
20:30. Torino – Fiorentina
22:45. İnter – Udineze
22:45. Latsio – Verona

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: