“Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç UEFA Gənclər Liqasının 2025/26 mövsümünün püşkünü dəyərləndirib.
Arena.az xəbər verir ki, “Sabah” mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.
Püşkün nəticəsinə əsasən, komanda bu mərhələdə Fransanın “Nant” klubu ilə qarşılaşacaq. Adino Mustedanaqiç püşkün nəticəsi ilə bağlı bunları söyləyib:
“Bizə mümkün rəqiblər arasında ən çətini düşdü. Fransa futbol məktəbi bütün dünyada yaxşı tanınır. “Nant” Fransanın məşhur akademiyalarından biri hesab edilir, iki il əvvəl Gənclər Liqasının yarımfinalçısı olublar. Buna baxmayaraq, rəqibdən çəkinmirik və Azərbaycan futbolunu ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni edəcəyik. “Nant”la görüşləri səbirsizliklə gözləyirik. Bu oyunların futbolçularımız üçün böyük bir təcrübə olacağını düşünürəm”.


