Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) ikinci yoxlama görüşünə çıxıb.
Arena.az xəbər verir ki, millimiz növbəti dəfə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunda təşkil olunmuş görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, bu komandalar arasında sentyabrın 10-da keçirilmiş ilk yoxlama oyununda millimiz 1:0 hesablı qələbəyə sevinmişdi.


