A Seriyası: “Yuventus” xal itirdi, “İnter” inamlı qələbəyə sevindi

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 5-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

“Komo” – “Kremoneze” və “Yuventus” – “Atalanta” matçlarında qalib müəyyənləşməyib. Hər iki görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kidayətləniblər. Səfərdə “Kalyari”nin qonağı olmuş “İnter” isə inamlı qələbəyə sevinib.

5-ci turun qalan görüşləri sentyabrın 28-də və 29-da keçiriləcək.

İtaliya, A Seriyası
5-ci tur

27 sentyabr

Komo – Kremoneze 1:1
Qollar: N.Pas, 32 – Başirotto, 69.

Yuventus – Atalanta 1:1
Qollar: Kabal, 78 – Sulemana, 45+1.

Kalyari – İnter 0:2
Qollar: L.Martines, 9. Espozito, 82.

28 sentyabr

14:30. Sassuolo – Udineze
17:00. Roma – Verona
17:00. Piza – Fiorentina
20:00. Leççe – Bolonya
22:45. Milan – Napoli

29 sentyabr

20:30. Parma – Torino
22:45. Cenoa – Latsio

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: