Andrea Belotti üçün mövsüm erkən bitdi

Futbol üzrə İtaliya milli komandasının və “Kalyari”nin mərkəz hücumçusu Andrea Belotti mövsümü erkən başa vurub.

Arena.az xəbər verir ki, tanınmış italiyalı hücumçu azı 7 ay yaşıl meydanlardan kənarda qalacaq.

Forvard İtaliya A Seriyasının son turunun “İnter”ə qarşı matçında zədələnib. “Kalyari”nin evdə 0:2 hesabı ilə uduzduğu görüşdə hücumçusunun da sol diz qapağı qopub. O, təcili əməliyyat edilib.

Andrea Belotti bu ilin sentyabr ayının ilk günündə “Komo”dan azad agent kimi ayrılaraq “Kalyari”yə keçib. 31 yaşlı oyunçunun sözügedən klubla 2026-cı ilin 30 iyununadək müqaviləsi var. Hücumçu bu komandanın heyətində cəmi 3 oyuna çıxıb, 2 qola imza atıb.

Xatırladaq ki, Belotti daha öncə “Roma”, “Komo”, “Torino”, “Fiorentina”, “Palermo”, “Benfika” və “Albinoleffe”də də oynayıb.

Andrea Belotti 2016-cı ilin sentyabr ayında debüt etdiyi İtaliya milli komandasında 44 oyuna çıxıb. O, bu oyunlarda 12 qola imza atıb, 7 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 31 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: