U-16 millimiz MDB Oyunlarının finalında!

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-16) Qəbələdə təşkil olunmuş 3-cü MDB Oyunlarında ikinci oyununa çıxıb.

Arena.az xəbər verir ki, A qrupunda yer almış U-16 millimiz bu gün Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qəbələ şəhər stadionunda keçirilmiş görüş Aqil Nəbiyevin yetirmələrinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 53-cü dəqiqədə Tunar Bayramov açıb. 70 və 75-ci dəqiqələrdə Əli Bəşirov dubla imza atıb. Son nöqtəni isə 78-ci dəqiqədə Roman Fərzəli qoyub. Matçın 59-cu dəqiqəsində kapitan Uğur Qurbanlının penalti zərbəsini rəqibin qapıçısı dəf edib.

Keçirdiyi ilk oyunda Tacikistan yığmasını 1:0 hesabı ilə məğlub etmiş Azərbaycan millisi 6 xalla qrup birincisi kimi turnirin finalına vəsiqə qazanıb. Həlledici görüş oktyabrın 4-də keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: