Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətinə dəvət olunub.
Arena.az xəbər verir ki, bu barədə Naxçıvan klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Moldova yığması oktyabrın 9-da Rumıniya ilə yoxlama oyununda üz-üzə gələcək. Ayın 14-də isə bu komandanı növbəti dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Estoniya ilə görüş gözləyir. Avram da bu matçlar üçün milliyə çağırılıb. O, oktyabrın 6-dan 15-dək ölkəsinin millisinin düşərgəsində olacaq.
Kristian Avram 2021-ci ilin iyun ayında debüt etdiyi Moldova yığmasında 15 oyuna çıxıb. O, bu oyunlarda 37 qol buraxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb.
Avram 2023-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir. Moldovalı qolkiper Premyer Liqa təmsilçisinin heyətində 86 oyuna 98 qol buraxıb, 28 “quru” matç keçirib.
Moldova yığmasının üzvü daha öncə “Petrokub”, “Dinamo-Avto”, “Daçiya”, “Buzau”, “Kişinyov Akademiyası” kimi klubların da şərəfini qoruyub.


