A Seriyası: Romada 6 qolluq heç-heçə, “İnter”dən darmadağın

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 6-cı turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Altı qolun qeydə alındığı “Latsio” – “Torino” matçında qalib müəyyənləşməyib. “Atalanta” ilə “Komo”nun görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

“Parma” doğma meydanda “Leççe”yə minimal hesabla uduzub. “İnter” isə “Kremoneze”ni böyük hesabla yenib.

Qeyd edək ki, 6-cı turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İtaliya, A Seriyası
6-cı tur

3 oktyabr

Verona – Sassuolo 0:1
Qol: Pinamonti, 71.

4 oktyabr

Latsio – Torino 3:3
Qollar: Kançelyeri, 24; 40. Kataldi, 90+13-pen – C.Simeone, 16. K.Adams, 73. Koko, 90+3.

Parma – Leççe 0:1
Qol: Söttil, 38.

İnter – Kremoneze 4:1
Qollar: L.Martines, 6. Bonni, 38. Dimarko, 55. Barella, 57 – Bonatsoli, 87.

Atalanta – Komo 1:1
Qollar: Samardziç, 6 – Perrone, 19.

5 oktyabr

14:30. Udineze – Kalyari
17:00. Bolonya – Piza
17:00. Fiorentina – Roma
20:00. Napoli – Cenoa
22:45. Yuventus – Milan

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: