Luis Karrion – “Real Ovyedo”nun yeni baş məşqçisi

Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasını bundan sonra Luis Karrion çalışdıracaq.

Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir.

46 yaşlı ispaniyalı mütəxəssislə imzalanmış müqavilə 2025/2026-cı illər mövsümünün sonunadək nəzərdə tutulub. Təbii ki, Karrionun işi uğurlu olsa, yayda onunla yeni müqavilə imzalanacaq.

Xatırladaq ki, “Real Ovyedo” ötən gün Velko Paunoviçlə yollarını ayırdığını açıqlamışdı. Serbiyalı mütəxəssisin istefasına komandanın La Liqanın cari mövsümünə uğursuz başlamasıdır. Sözügedən komanda bu mövsüm La Liqada keçirdiyi 8 oyunda cəmi 2 qələbə qazanıb, 6 məğlubiyyətə üzülüb. “Real Ovyedo” topladığı 6 xalla 20 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.

Luis Karrion son olaraq “Las Palmas”ı çalışdırıb. İspaniyalı mütəxəssis 2024-cü ilin oktyabr ayından işsiz idi. O, 2023/2024-cü illər mövsümündə də “Real Ovyedo”ya rəhbərlik edib. Bu komanda onun rəhbərliyi altında 42 oyun keçirib, 20 qələbə, 11 heç-heçə, 11 məğlubiyyət görüb.

Karrion “Kartaxena”, “Numansiya”, “Melilya” və “Kordoba”nın da aş məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: