Fəridə Lütfəliyeva Albaniya yığmasının oyunlarını idarə edəcək

Azərbaycanlı FIFA referisi Fəridə Lütfəliyeva 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, o, 17 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin B qrupu çərçivəsində keçiriləcək 3 oyunda fəaliyyət göstərəcək.

Lütfəliyeva oktyabrın 17-də Yunanıstan – Albaniya matçını idarə edəcək. Ayın 23-də baş tutacaq Albaniya – İsrail matçının baş hakimi də Fəridə olacaq. O, oktyabrın 20-də də Estoniya – Albaniya görüşünün ehtiyat hakimi kimi çalışacaq.

Digər azərbaycanlı referi Sevda Nuriyeva isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Xatırladaq ki, bu qrupun oyunları Albaniyanın Elbasani şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: