İngiltərə millisinin və London “Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir “Luton Taun” komandasının baş məşqçisi təyin edilib.
Arena.az bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
33 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmır. Amma Britaniya mətbuatı tərəflərin cari mövsümün sonunadək anlaşdığını iddia edir.
Xatırladaq ki, Cek Uilşir 2022-ci ildə karyerasını bitirdikdən sonra “Arsenal”ın aşağı yaş qrupları üzrə komandalarında məşqçilik edirdi. O, son olaraq “Norviç Siti”nin baş məşqçisi olub.
2023/2024-cü illər mövsümündə İngiltərə Premyer Liqasında mübarizə aparmış “Luton Taun” ötən mövsüm də Çempionşipdə uğursuz nəticələrə imza atmışdı. Bu üzdən də sözügedən komanda cari mövsümdə İngiltərə çempionatının gücünə görə üçüncü divizionu hesab edilən Liqa 1-də yarışır. Komanda hazırda 16 xalla 11-ci pillədə qərarlaşıb.


