Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2025/2026-cı illər mövsümünün 7-ci turunun oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
“Leççe” – “Sassuolo” və “Piza” – “Verona” matçlarında qapılara qol vurulmayıb. Səfərdə “Torino” ilə qarşılaşmış “Napoli” minimal hesabla məğlub olub. “Roma” da “İnter”lə ev oyununda oxşar aqibətlə üzləşib.
Turun qalan görüşləri oktyabrın 19-da və 20-də keçiriləcək.
İtaliya, A Seriyası
7-ci tur
18 oktyabr
Leççe – Sassuolo 0:0
Piza – Verona 0:0
Torino – Napoli 1:0
Qol: C.Simeone, 32.
Roma – İnter 0:1
Qol: Bonni, 6.
19 oktyabr
14:30. Komo – Yuventus
17:00. Kalyari – Bolonya
17:00. Cenoa – Parma
20:00. Atalanta – Latsio
22:45. Milan – Fiorentina
20 oktyabr
22:45. Kremoneze – Udineze


