UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək “Atletik” – “Qarabağ” matçının start heyətləri müəyyənləşib.
Arena.az xəbər verir ki, sözügedən komandalar arasındakı oyun Bilbaoda baş tutacaq.
Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 3-cü tur
22 oktyabr
“Atletik” – “Qarabağ”
Baş hakim: İqor Payaç (Xorvatiya).
“San Mames” stadionu. Saat 20:45.
Atletik: 1. Unai Simon, 2. Andoni Qorosabel, 4. Aytor Paredes, 8. Oyhan Sanset, 9. İnyaki Uilyams (k), 10. Niko Uilyams, 11. Qorka Quruseta, 14. Emerik Lyaport, 17. Yuri Berçiçe, 18. Mikel Xaureqizar, 39. Alxeandro Reqo.
Ehtiyat oyunçular: 27. Aleks Padilya, 3. Daniel Vivian, 6. Mikel Vesqa, 7. Aleks Berencer, 12. Xesus Areso, 15. İnyiqo Lekue, 16. Ruis De Qalarreta, 19. Adama Boyro, 20. Unai Qomes, 21. Maroan Sannadi, 22. Niko Serrano, 23. Roberto Navarro.
Baş məşqçi: Ernesto Valverde.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 7. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 17. Kamilo Duran, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 3. Sami Mmae, 6. Kris Kuaku, 8. Marko Yankoviç, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 32. Hikmət Cəbrayılzadə, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.


