DÇ-2026: Almaniya və Xorvatiyadan qələbə

Bu gün futbol üzrə dünya çempionatının (DÇ-2026) Avropa üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Arena.az xəbər verir ki, 3 qrup (A, G və L) üzrə ümumilikdə 6 qarşılaşma baş tutub.

Almaniya millisi səfərdə Lüksemburqun, Niderland yığması isə Polşanın qonağı olub. Almanların inamlı qələbəyə sevindiyi gündə “portağallar” xal itkisi ilə üzləşiblər. Finlandiya yığmasının doğma meydanda Maltaya uduzması da diqqət çəkən nəticələrdən biri olub. Xorvatiya millisi isə Farer Adaları üzərində inamlı qələbəyə sevinib.

DÇ-2026-nın seçmə mərhələsi

14 noyabr

A qrupu

Lüksemburq – Almaniya 0:2
Qollar: Voltemade, 49; 69.

Slovakiya – Şimali İrlandiya 1:0
Qol: Bobçek, 90+1.

Xallar: Almaniya – 12. Slovakiya – 12. Şimali İrlandiya – 6. Lüksemburq – 0.

G qrupu

Finlandiya – Malta 0:1
Qol: Qreç, 81.

Polşa – Niderland 1:1
Qollar: Kaminski, 43 – Depay, 47.

Xallar: Niderland – 17. Polşa – 14. Finlandiya – 10. Malta – 5. Litva – 3.

L qrupu

Cəbəllütariq – Monteneqro 1:2
Qollar: Yessop, 20 – Adziç, 33. Krstoviç, 42-pen.

Xorvatiya – Farer Adaları 3:1
Qollar: Qvardiol, 23. Musa, 57. Vlaşiç, 70 – Turi, 16.

Xallar: Xorvatiya – 19. Çexiya – 13. Farer Adaları – 12. Monteneqro – 9. Cəbəllütariq – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: