Radek Vitek də “Mançester Yunayted”i tərk etdi

“Mançester Yunayted”in çexiyalı qapıçısı Radek Vitek bundan sonrakı karyerasını İngiltərənin digər klubu “Midlsbro”da davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə “Middlsbro” rəsmi saytı vasitəsilə məlumat yayıb.

22 yaşlı qolkiperin transferi ilə bağlı detallar açıqlanmır. “Qırmızı şeytanlar” sosial şəbəkə hesablarında Vitekin keçidi ilə bağlı paylaşım edərək, futbolçuya təşəkkür edib.

Futbola Çexiyanın “Siqma” klubunda başlamış Radek Vitek 2020-ci ildən “Mançester Yunayted”in sıralarında idi. Amma 22 yaşlı qolkiperə əsas komandada oynamaq qismət olmayıb. O, “Akkrinqton Stenli”, “Blau Vayss” və “Bristol Siti” kimi klublarda icarədə də olub. Vitek ötən mövsüm “Bristol Siti”in heyətində 41 matçda meydana çıxıb, 54 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı qapıçının transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Mançester Yunayted” türkiyəli qapıçısı Altay Bayındırı da İspaniyanın “Selta” klubuna icarəyə verdiyini açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: