Ançelotti: “İnter” Avropada çıxış etmək üçün ən hazırlıqlı klubdur”

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hal-hazırda ən yaxşı italyan klubu ilə bağlı qənaətini açıqlayıb.

Arena.az italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“İnter” quruluşunu qoruyub-saxlayıb. Məşqçi dəyişikliyinə rəğmən, Kristian Kivu keçmiş məşqçi Simone İnzaqinin yanaşmasını köklü surətdə dəyişmir. “İnter” çox möhkəm komandaya malikdir və bu, Avropada çıxış etmək üçün ən hazırlıqlı klubdur. Üç il ərzində UEFA Çempionlar Liqasında iki final öz sözünü deyir”, deyə təcrübəli mütəxəssis vurğulayıb.

Ançelotti İtaliya A Seriyasının cari mövsümündə qüvvələr nisbətini də qiymətləndirib:

“Liqa ötənilki ilə müqayisədə, daha tarazlı olub”, deyə Karlo vurğulayıb.

Xatırladaq ki, İtaliya A Seriyasının cari mövsümündə “İnter” və “Roma” 24 xalla şərikli liderlik edirlər. “Milan”la “Napoli” 22, “Bolonya” 21, “Yuventus” 19 xal toplayıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: