Orelyen Tçuameni: “Qələbələrə çox hərisəm”

Fransa yığmasının və Madrid “Real”ının 25 yaşlı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni qələbələrə həris olduğunu açıqlayıb.

Arena.az fransalı futbolçunun müvafiq açıqlamasını təqdiim edir:

“Real”la bütün qənimətləri çox tez qazanmağıma baxmayaraq, mən qələbələrə çox hərisəm. Daha da çox çempionluq qənimətləri, həmçinin UEFA Çempionlar Liqasında daha bir neçə qalibiyyət qazanmaq istəyirəm”, deyə Tçuameni vurğulayıb.

Xatırladaq ki, Fransanın “Bordo” klubunun yetirməsi olan Orelyen Tçuameni “Real”a 2022-ci ilin iyul ayında 80 milyon avro müqabilində “Monako”dan keçib. Fransalı “dayaqçı”nın “qaymaqlılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Tçuameni “Real”ın heəytində bütün yarışlarda 15 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Onun “Real”ın heyətindəki ümumi statistikası isə belədir: 161 oyun, 5 qol və 6 məhsuldar ötürmə.

Orelyen Tçuameni 2021-ci ilin sentyabrında debüt etdiyi Fransa yığmasının heyətində 43 oyuna 3 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Orelyen “xoruzlar”la 2021 UEFA Millətlər Liqasının qalibi olub.

Tçuameni “Kral klubu” ilə İspaniya La Liqasını (2023/2024), İspaniya Kubokunu (2022/2023), İspaniya Super Kubokunu (2023/2024) qazanıb, həmçinin UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025) və FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı dayaq yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: