“Abşeron Lions” “Neftçi”ni növbəti mərhələyə buraxmadı

FIBA Avropa Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycanın “Abşeron Lions” və “Neftçi” komandaları növbəti oyunlarına çıxıblar.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçiləri qrup mərhələsinin sonuncu turunda bir-biri ilə üz-üzə gəliblər.

I qrupunda yer almış komandalarımızın görüşü “Neftçi”nin məğlubiyyəti ilə yekunlaşıb. Bakı İdman Sarayında keçirilmiş matç abşeronluların 95:86 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, bu komandaların qrupdakı ilk oyununda “Neftçi” 104:86 hesablı qələbəyə sevinmişdi. Paytaxt təmsilçisi bu dəfə də qələbə qazansaydı, FİFA Avropa Kubokunun əsas mərhələsində tarixi uğura imza ataraq pley-offa yüksəlmiş ilk Azərbaycan komandası olacaqdı. Amma “Neftçi” bu böyük şansı əldən verib.

Qeyd edək ki, I qrupunda Polşa “Trefl”i 10 xalla birinci yeri tutub. “Neftçi” 9 xalla ikinci olub. Estoniya “Kalev”i eyni xalla 3-cü olubsa, 8 xal toplamış “Abşeron Lions” sonuncu yerlə kifayətlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: