“Mançester Siti” 14 oyun idi Almaniya klublarına uduzmurdu

İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında (ÇL) son 14 ev matçında ilk dəfə Almaniya komandasına uduzub.

Arena.az xəbər verir ki, bu, ÇL-in Liqa mərhələsinin 5-ci turunda ötən gün baş tutmuş “Bayer”lə matçda reallaşıb.

“Şəhərlilər” bu görüşdə 0:2 hesablı məğlubiyyətə üzülüblər. Mançester təmsilçisi sonuncu dəfə 2013-cü ildə Xosep Qvardiolanın rəhbərlik etdiyi “Bayern”ə məğlub olmuşdu. Həmin vaxtdan bəri İngiltərə klubu Almaniya komandalarına qarşı keçirdiyi oyunlarda 13 qələbə qazanmışdı.

Xatırladaq ki, “Mançester Siti” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin cari mövsümündə 5 oyuna topladığı 10 xalla 6-cı pillədə qərarlaşıb. Xosep Qvardiolanın komandası keçirdiyi oyunlarda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 1 məğlubiyyətə üzülüb.

UEFA Çempionlar Liqasının finalı gələn il mayın 30-da Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: