Futbol üzrə İngiltərə çempionu “Liverpul”un baş məşqçisi Arne Slot “qırmızılar”ın son uğursuzluqları ilə bağlı qənaətini açıqlayıb.
Arena.az niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Bu, yöndəmsizdir. Bu, inanılmazdır. Bu, klub üçün, mənim üçün və eləcə də hamı üçün gözlənilməzdir. Amma ola bilər, bu klub bu vəziyyətin öhdəsindən daha yaxşı gələcək”, deyə Arne Slot vurğulayıb.
“Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx də son vaxtlar uğursuzluq zolağından çıxa bilməyən “qırmızılar”ın əsas fəsadını açıqlayıb:
“Hazırda bizim əsas fəsadımız ondan ibarətdir ki, biz çoxlu qollar buraxırıq. Hələ hər şey planımıza uyğun getmir. Hazırda bərbad haldayıq”, deyə Qravenberx vurğulayıb.
“Liverpul”un ingilis yarımmüdafiəçisi Körtis Cons da UEFA Çempionlar Liqası çərçivəsində “Enfild”də PSV-yə 1:4 hesablı məğlubiyyəti şərh edib:
“Daha mənim sözüm yoxdur. Bu, dəhşətli nəticədir. Komandanın belə nəticələri çoxdandır yox idi. “Liverpul” hazırda nəcis içindədir”, deyə Cons qeyzlə vurğulayıb.


