“İnter Mayami”nin ispaniyalı sol cinah müdafiəçisi Jordi Alba sabiq klubu “Barselona”da çıxış edən Lamin Yamalın çıxışına qiymət verib.
Arena.az xəbər verir ki, o, 18 yaşlı ispaniyalı ulduz hücumçunun hazırda “İnter Mayami”də çıxış edən 38 yaşlı argentinalı ulduz hücumçu Lionel Messi ilə müqayisə edilməsinə qarşı çıxıb:
“Yamal inanılmaz oyunçudur. Amma Yamalı Messi ilə müqayisə etmək olmaz. Hesab edirəm ki, “Leo”nun rəqibləri yoxdur”, deyə Alba vurğulayıb.
PSJ-nin 23 yaşlı portuqaliyalı sol cinah müdafiəçisi Nuno Mendes də Lamin Yamal haqda qənaətini açıqlayıb. Portuqaliyalı futbolçu bunları söyləyib:
“O, tərəqqisinə davam etməlidir və bu halda, növbəti iyirmi illik müddətə dünyanın ən yaxşı oyunçusu ola bilər. “Barselona” kimi klub isə müvafiq tərəqqi üçün ən yaxşı yerdir”, deyə Mendes vurğulayıb.


