Azərbaycan millisi Lüksemburq yığmasına da məğlub oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupundakı ikinci oyununda Lüksemburq yığması ilə üz-üzə gəlib.

Sözügedən komandalar bu gün Bakı İdman Sarayında üz-üzə gəliblər. Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 95:90.

Xatırladaq ki, Azərbaycan millisi seçmə mərhələdəki ilk görüşdə səfərdə Şimali Makedoniya yığmasına da uduzmuşdu – 49:87.

Yığmamızın bu oyunlar üçün açıqlanmış heyətində aşağıdakı basketbolçular yer alıblar:

Emmanuel Aqbason
Uesli Van Bek
Əkbər Məmmədov
Ulaş Turqut
Elşad Şirzadov
Amil Həmzəyev
Kamran Məmmədov
Ercan Donat
Derin Berkoz
Saadettin Donat
Endər Poladxanlı
Şirzad Şirzadov

Xatırladaq ki, Azərbaycan millisi komandası 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin A qrupunda Şimali Makedoniya, Lüksemburq və İrlandiya yığmaları ilə mübarizə aparır.

Xəbəri sosial şəbəkələrdə paylaş: