PSJ-nin yarımmüdafiəçisi Vitinya Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən 2025-ci ilin ən yaxşı pleymeykeri seçilib.
Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir.
Belə ki, IFFHS 2025-ci ilin ən yaxşı pleymeykerlərinin adını açıqlayıb. Siyahıda birinci yeri Fransa çempionu PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi məşqçisi tutub. O, 103 xalla birinci olub.
İspaniya yığmasının və “Barselona”nın üzvləri – Pedri (91) ikinci, Lamin Yamal (78) üçüncü yeri tutub.
- Vitinya (Portuqaliya, PSJ) – 103
- Pedri (İspaniya, “Barselona”) – 91
- Lamin Yamal (İspaniya, “Barselona”) – 78
- Lionel Messi (Argentina, “İnter Mayami”) – 49
- Koul Palmer (İngiltərə, “Çelsi”) – 48
- Cud Bellingem (İngiltərə, “Real”) – 27
- Kevin de Bruyne (Belçika, “Napoli”) – 23
- Martin Edeqor (Norveç, “Arsenal”) – 15
- Bruno Fernandes (Portuqaliya, “Mançester Yunayted”) – 14
- Florian Virts (Almaniya, “Liverpul”) – 11


