“Zirə” Rumıniya, Çexiya və Ukrayna klublarına qarşı

Qış təlim-məşq toplanışının ikinci hissəsini Türkiyədə davam etdirəcək “Zirə” Rumıniya, Çexiya və Ukrayna klubları ilə üz-üzə gələcək.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda Antalyada 3 matça çıxacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” klubları ilə qarşılaşacaq.

Xatırladaq ki, “qartallar” yanvarın 3-də Bakıda bir araya gəliblər. Komanda ayın 10-na qədər hazırlığı paytaxtda davam etdirəcək.

Toplanışın ikinci mərhələsi isə Türkiyənin Antalya şəhərində baş tutacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 10-dan 17-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.

Xatırladaq ki, “Zirə” Premyer Liqanın qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: