Bu gün futbol üzrə İspaniya Super Kubokunda 2026-cı il mövsümünün yarımfinal mərhələsinin oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma baş tutub.
Günün yeganə görüşü Madrid təmsilçiləri – “Real” və “Atletiko” arasında keçirilib. Üç qolun qeydə alındığı oyun “Real”ın qələbəsi ilə yekunlaşıb. Beləcə, Madrid təmsilçisi finala yüksəlib.
Xatırladaq ki, ilk yarımfinal görüşündə də “Barselona” “Atletik”i 5 cavabsız qolla məğlub edərək finala yüksəlmişdi.
Beləliklə, super kubokun finalında iki əzəli rəqib – “Real” və “Barselona” üz-üzə gələcək.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında təşkil edilmiş İspaniya Super Kubokunda final qarşılaşması yanvarın 11-də keçiriləcək.
İspaniya Super Kuboku
Yarımfinal
7 yanvar
Barselona – Atletik 5:0
Qollar: Ferran Torres, 22. Fermin Lopes, 30. Bardqi, 34. Rafinya, 38; 52.
8 yanvar
Atletiko – Real 1:2
Qollar: Aleksander Sörlot, 58 – Federiko Valverde, 2. Rodriqo, 55.


