“Zirə” Türkiyəyə yollandı: bir həftəyə 3 yoxlama oyunu

“Zirə” qış təlim-məşq toplanışının ikinci hissəsini həyata keçirmək üçün bu gün səhər saatlarında Türkiyənin Antalya şəhərinə yollanıb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Premyer Liqa təmsilçisinin Antalya toplanışı yanvarın 17-nə qədər davam edəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv burada 3 yoxlama oyununda qüvvəsini sınayacaq. “Qartallar” yanvarın 12-də Rumıniyanın “Çiksereda”, 16-da isə Ukraynanın “Aleksandriya” və Çexiyanın “Bohemians 1905” komandaları ilə qarşılaşacaq.

Xatırladaq ki, “Zirə”nin kollektivi yanvarın 3-də Bakıda bir araya gəlmişdi. Komanda Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün qış fasiləsinə 28 xalla 3-cü pillədə yollanıb. Paytaxt təmsilçisi keçirdiyi 16 oyunda 7 qələbə qazanıb, 7 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: