Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 330 min dollarlıq turnirdə!

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 6-cı mərhələsinin iştirakçıları müəyyənləşib.

Arena.az xəbər verir ki, “The FTX Crypto Cup” adlandırılan bu mərhələdə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da mübarizə aparacaq.

Yarışda dünyanın ən yaxşı 10 şahmatçısı ilə yanaşı, daha 6 nəfər iştirak edəcək:

Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov (hər ikisi Azərbaycan), Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Fabiano Karuana, Uesli So (hamısı ABŞ), Alireza Firuzca (FİDE), Pyotr Svidler, Yan Nepomnyaşi, Aleksandr Qrişuk, Daniil Dubov (hamısı Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa), Alan Piçot (Argentina), Aniş Giri (Niderland), Dinq Liren (Çin).

23-31 may aralığında keçiriləcək turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonus olacaq.

Artıq yarışın püşkü də atılıb. Püşkə əsasən, ilk 5 tur mayın 23-də, 6-10-cu turlar mayın 24-də, 11-15-ci turlar mayın 25-də keçiriləcək.

Teymur Rəcəbov ilk turda Hikaru Nakamuraya rəqib olub. Şəhriyar Məmmədyarov isə Maqnus Karlsenlə görüşəcək. Hər iki şahmatçı startda ağ fiqurlarla mübarizə aparacaq.

Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla 5-ci, Məmmədyarov isə 7-ci turda qarşılaşacaq. Onlar bu qarşılaşmalarını da ağ fiqurlarla keçirəcək.

Azərbaycan şahmatçıları arasındakı görüş isə 6-cı tura təsadüf edəcək. Rəcəbov ağ, Məmmədyarov qara fiqurlarla oynayacaq.

Şahmatçılarımızın bütün görüşlərinin təqvimi belədir:

1-ci tur
Teymur Rəcəbov – Hikaru Nakamura (ABŞ)
Şəhriyar Məmmədyarov – Maqnus Karlsen (Norveç)

2-ci tur
Hikaru Nakamura (ABŞ) – Şəhriyar Məmmədyarov
Alireza Firuzca (FIDE) – Teymur Rəcəbov

3-cü tur
Teymur Rəcəbov – Pyotr Svidler (Rusiya)
Şəhriyar Məmmədyarov – Alireza Firuzca (FIDE)

4-cü tur
Pyotr Svidler (Rusiya) – Şəhriyar Məmmədyarov
Fabiano Karuana (ABŞ) – Teymur Rəcəbov

5-ci tur
Teymur Rəcəbov – Levon Aronyan (Ermənistan)
Şəhriyar Məmmədyarov – Fabiano Karuana (ABŞ)

6-cı tur
Teymur Rəcəbov – Şəhriyar Məmmədyarov

7-ci tur
Şəhriyar Məmmədyarov – Levon Aronyan (Ermənistan)
Yan Nepomnyaşi (Rusiya) – (Teymur Rəcəbov)

8-ci tur
Teymur Rəcəbov – Uesli So (ABŞ)
Şəhriyar Məmmədyarov – Yan Nepomnyaşi (Rusiya)

9-cu tur
Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav (Fransa) – Teymur Rəcəbov

10-cu tur
Teymur Rəcəbov – Alan Piçot (Argentina)
Şəhriyar Məmmədyarov – Maksim Vaşye-Laqrav (Fransa)

11-ci tur
Alan Piçot (Argentina) – Şəhriyar Məmmədyarov
Aniş Giri (Niderland) – Teymur Rəcəbov

12-ci tur
Teymur Rəcəbov – Dinq Liren (Çin)
Şəhriyar Məmmədyarov – Aniş Giri (Niderland)

13-cü tur
Dinq Liren (Çin) – Şəhriyar Məmmədyarov
Aleksandr Qrişuk (Rusiya) – Teymur Rəcəbov

14-cü tur
Teymur Rəcəbov – Daniil Dubov (Rusiya)
Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (Rusiya)

15-ci tur
Daniil Dubov (Rusiya) – Şəhriyar Məmmədyarov
Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: