Fransanın “Olimpik” (Marsel) komandasının hücumçusu Robinyo Vaz bundan sonra İtaliyanın “Roma” klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi 18 yaşlı fransalı futbolçunun transferi üçün qarşı tərəfə 22 milyon avro ödəyib. Gənc hücumçu ilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 78 nömrəli formanı geyinəcək.
Robinyo Vaz Fransanın “Soşo” klubunun yetirməsidir. O, 2024-cü ilin avqust ayında cəmi 200 min avro müqabilində Marsel “Olimpik”inə keçmişdi. Fransalı mərkəz hücumçusu sözügedən klubun əsas komandasının heyətində 22 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 18 yaşlı hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.




