Ter Ştegen əməliyyat olundu

Futbol üzrə Almaniya yığmasının və İspaniyanın “Barselona” klubunun qapıçısı Mark-Andre ter Ştegen əməliyyat olunub.

Arena.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiper dizindən əməliyyat olunub. Onun bərpa müddəti dəqiq bilinmir. Amma futbolçunun bu yay keçiriləcək Avropa çempionatında iştirak edə bilməyəcəyi dəqiqdir.

Qeyd edək ki, Mark-Andre ter Ştegen bu mövsüm “Barselona”nın heyətində bütün turnirlər nəzərə alınmaqla 42 oyuna çıxıb. O, 2014-cü ildən Kataloniya təmsilçisinin uğurları üçün çalışır.

Qeyd edək ki, AÇ-2020 11 iyun – 11 iyulda Avropanın 11 şəhərində keçiriləcək. Qitə birinciliyinə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: