Qadın futbolçulardan ibarət komandalar arasında keçiriləcək Azərbaycan – Şimali Makedoniya oyununun hakim təyinatları açıqlanıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda baş tutacaq bu oyunu Polşadan olan hakimlər briqadası idarə edəcək.
C Liqasının 3-cü qrupu çərçivəsində martın 3-də “Dalğa Arena”da keçiriləcək qarşılaşmanın baş hakimi Anna Adamska olacaq. Ona yan xətt hakimləri Yuliya Bukaroviç və Anjelika Novak kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Mixalina Dyakov yerinə yetirəcək.
Dünya çempionatının seçmə mərhələsi
C Liqası, 3-cü qrup
3 mart
Azərbaycan – Şimali Makedoniya
Baş hakim: Anna Adamska.
Baş hakimin köməkçiləri: Yuliya Bukaroviç, Anjelika Novak.
Dördüncü hakim: Mixalina Diakov (Hakimlər briqadası Polşadandır).
Bakı. “Dalğa Arena”. Saat 15:00.



