Almaniyanın “Şalke” klubu 10 futbolçusu ilə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 10 futbolçu və 3 klub işçisi ilə yolların ayrıldığı bildirilib. Bundesliqanı tərk edəcəyi dəqiqləşən “Şalke”də Benjamin Stambuli, Bastian Oçipka, Stiven Skribski, Şkodran Mustafi, Alessandro Şöpf, Nabil Bentaleb, Vilyam, Qonsale Pasiensa, Frederik Rönnov və Kilian Ludeviqlə yollar ayrılıb.
Qeyd edək ki, “Şalke” Bundesliqada sona bir tur qalmış 18-ci sırada qərarlaşıb. Komandanın elitanı tərk edəcəyi bir neçə tur əvvəldən dəqiqləşib.


