17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının (AÇ-2026) seçmə mərhələsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer almış yığmamız Belçikanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə üz-üzə gəlib.
Sloveniyanın Brejitse şəhərində baş tutmuş görüşü Moldova və Ukraynadan olan hakimlər briqadası idarə edib. Qarşılaşma qrup oyunlarına ev sahibliyi edən Sloveniyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı ilk matçını Belçika yığmasına qarşı keçirmiş və 0:11 hesabıyla uduzmuşdu. Komandamız sonuncu görüşünü Farer adaları yığmasına qarşı keçirəcək. Bu görüş martın 18-də baş tutacaq. Oyuna saat 15:00-da start veriləcək.
AÇ-2026-nın seçmə mərhələsi
B Liqası, 3-cü qrup
15 mart
Sloveniya – Azərbaycan 3:0
Baş hakim: Oksana Kruç (Moldova).
Baş hakimin köməkçiləri: Natalya Çeban (Moldova), İrina Qolyak (Ukrayna).
Dördüncü hakim: Veronika Vasilçenko (Ukrayna).
Brejitse şəhər stadionu.


