Fransanın “Anje” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Cerald Batikl çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Batikl bundan əvvəl Lion “Olimpik”ində məşqçi kimi çalışırdı. Fransız mütəxəssis “Anje”də baş məşqçi postunda Stefan Mulini əvəzləyib.
“Anje” Liqa 1-də mövsümü 13-cü sırada tamamlayıb.


