39 yaşlı futbolçu ilə yeni müqavilə

İspaniyanın “Betis” klubu yarımmüdafiəçisi Xoakin Sançes ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu ilə müddəti 2022-ci ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xoakin Sançes 2015-ci ildən “Betis”də çıxış edir. İspan futbolçu bu mövsüm La Liqada 27 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

İspaniya millisində də oynamış Sançes, bu komandada 50-dən çox oyun keçirib. Xoakin, “Betis”in öz yetirməsidir. O, peşəkar karyerasına başladığı bu komandada 2006-cı ilə qədər forma geyindikdən sonra “Valensiya”ya keçib. Yarımmüdafiəçi “Malaqa” və “Fiorentina”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: