İtaliyanın “Sassuolo” klubundan ayrılan Roberto De Zerbi Ukraynanın “Şaxtyor” komandasına baş məşqçi təyin olunub.
Arena.az xəbər verir ki, bu barədə Donetsk təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. İtaliyalı məşqçi “Şaxtyor”un tarixində 34-cü baş məşqçi olub.
Roberto De Zerbin son olaraq İtaliyanın “Sassuolo” klubunu çalışdırıb. Sözügedən komanda onun rəhbərliyi altında A Seriyasında mövsümü 8-ci sırada bitirib.


