Əyyub Buaddi Fransadan imtina etdi, Mərakeşi seçdi

Fransanın 21 yaşadək futbolçulardan ibarət yığmasının (U-21) kapitanı Əyyub Buaddi Mərakeş milli komandasında oynamağa qərar verib.

Arena.az bu barədə Fransa mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, “Lill”in 18 yaşlı yarımmüdafiəçisi Fransa millisinin dünya çempionatına yollanacaq heyətinə düşə bilmədikdən sonra bu seçimi edib.

Buaddi kapitanı olduğu Fransanın U-21 millisində 10 oyun keçirib və 1 qol vurub, 1 assist edib. O, daha öncə bu ölkənin U-16, u-17, U-18 və U-20 yığmalarında da forma geyinib.

Xatırladaq ki, Mərakeş milisi də DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.

Əyyub Buaddi Fransanın “Lill” klubunun yetirməsidir. 2023-cü ildən əsas komandaya cəlb edilmiş fransalı futbolçu indiyə qədər meydana çıxdığı 95 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin Fransa klubu ilə 2029-cu ilin 30 iyununadək müqaviləsi mövcuddur.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: